x
Loading...

Elvin: "Kliplərimin rejissoru xanımımdır" - FOTO

Elvin: "Kliplərimin rejissoru xanımımdır" - FOTO
14:37 24 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

"Lider" telekanalında yayımlanan "Tezdən oyan" verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcılığını Könül Muxtarova və Çinarə Əliyevanın etdiyi proqramın qonaqları müğənnilər Elvin Abdullayev və Günay İbrahimli olub. 

E.Abdullayev bəstəkarlıq qabiliyyətindən danışıb:

"Bir neçə mahnı hazırlamışam. Onlardan birini xalq artistimiz Faiq Ağayevə verəcəm. Mahnılarımı ifa edən insanlar çoxdur. Sadəcə, bəstəkarlığımdan danışmağı sevmirəm. Bu, mənim hobbimdir. Neçə il aldığım təhsil buna şərait yaradır ki, mahnı yazım. Özümə bəstəkar deyib, peşəkar bəstəkarların haqqına girməyim".

E.Abdullayev xanımı Afət Abdullayevadan da bəhs edib. İfaçı bildirib ki, onun kliplərinə həyat yoldaşı rejissorluq edir:

"Şəhərimizdə yerləşən dəbdəbəli mağazalar var ki, həyat yoldaşım onların reklamını çəkir. Onların mahnılarını da mən bəstələmişəm. Kliplərimin rejissorluğunu da xanımım edir".

G.İbrahimli imicində tez-tez dəyişiklik etməsindən söz açıb:

"Hər mahnıma uyğun fərqli imic və fotosessiya etdirirəm. Yeni ildən iki gün əvvəl mahnı və fotosessiya təqdim edəcəm. Məni hələ heç kim o fotolardakı kimi görməyib. Yeni ilin ilk günlərində isə klipim olacaq".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/501802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR