Başqırdıstanda keçmiş hərbi hissənin ərazisində partlayış olub

Başqırdıstanda keçmiş hərbi hissənin ərazisində partlayış olub
15:12 24 Dekabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Başqırdıstanda yerləşən keçmiş hərbi hissənin ərazisində partlayış baş verib, xəsarət alanlar var.
“Report” "RİA Novosti" saytına istinadən xəbər verir ki, bu barədə respublika FHN-in mətbuat xidmətinin nümayəndəsi məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər hərbi hissənin ərazisinə qeyri-qanuni daxil olub, bundan sonra partlayış baş verib.
"Hadisə nəticəsində xəsarət alanlar var, onların vəziyyəti dəqiqləşdirilir. Hadisə yerinə 6 nəfər xilasedici və 19 ədəd texnika cəlb olunub", - FHN-in nümayəndəsi bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/basqirdistanda-kecmis-herbi-hissenin-erazisinde-partlayis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR