İlham Əliyev məhz buna görə adı tarixdə qalacaq dövlət xadimidir

İlham Əliyev məhz buna görə adı tarixdə qalacaq dövlət xadimidir
15:27 24 Dekabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev mükəmməl dövlət adamı, peşəkar siyasətçidir. O, ulu öndər Heydər Əliyevin zəngin həyat məktəbinin xüsusiyyətlərini, idarəçilik təcrübəsinin incəliklərini mənimsəmiş liderdir, müasir dövlətçilik ənənələrimizin layiqli davamçısıdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.  

Mətbuat Şurasının sədri qeyd edib: "Dövlət başçımızın ötən rəhbərliyi müddətinə, əldə edilmiş misilsiz nailiyyətlərə nəzər salarkən qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan dünyada heç vaxt indiki qədər tanınmamış, qəbul edilməmişdi. Cənab İlham Əliyev belə bir yüksək statusu ölkəmizə qazandıran, məhz buna görə də adı tarixdə qalacaq dövlət xadimidir.

Prezident İlham Əliyev mətbuata hər zaman diqqət və qayğı ilə yanaşıb, jurnalistikanın dövlət idarəçiliyindəki rolunu yüksək qiymətləndirib, ümumən medianın cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsindəki, sağlam düşüncə tərzinin formalaşmasındakı missiyasına son dərəcə həssas münasibət göstərib. Çıxışlarında jurnalist fəaliyyətinin ən müxtəlif aspektlərinə toxunaraq səsləndirdiyi fikirlər, peşənin demokratik dövlət quruculuğu prosesindəki mahiyyətini əsaslandıran arqumentləri onun parlaq şəxsiyyət obrazını canlandırır".

Millət vəkili ölkəmizin İlham Əliyevin idarəçiliyi ilə daha yüksək zirvələri fəth edəcəyinə inandığını vurğulayıb və bu yolda dövlət başçısına uğurlar arzulayıb.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR