Gürcüstanın prezidenti İlham Əliyevi təbrik edib

Gürcüstanın prezidenti İlham Əliyevi təbrik edib
15:29 24 Dekabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 55 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.


Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

“Zati-aliləri.

Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqi, rifah və uğurlar əldə edib.

Gürcüstan Sizin ölkənizlə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq, strateji tərəfdaşlıq və xalqlarımız arasındakı çoxəsrlik dostluq əlaqələri birgə səylərimiz nəticəsində daha da güclənəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı ifadə edərək xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.

 

Bundan başqa, Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov və Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanov da prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR