Almaniya Bundesliqasında qadın baş hakim qol ötürməsi verib

Almaniya Bundesliqasında qadın baş hakim qol ötürməsi verib
16:17 24 Dekabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Almaniya 2-ci Bundesliqasında maraqlı hadisə baş verib. "Report"un məlumatına görə, "Union" və "Qroyter Fürt" komandalarının oyununda baş hakimin "ötürməsi" nəticəsində qol vurulub.
Meydan sahiblərinin oyunçusu rəqibin hücumu zamanı topu uzaqlaşdırmağa cəhd edib. Lakin top baş hakim Bibiana Ştaynhausa dəyərək rəqib futbolçunun önünə düşüb. Futbolçu ilə bu fürsəti əldən verməyərək topu qapıya göndərib.
XII turda keçirilən qarşılaşma 1:1 hesabı ilə bitib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/almaniya-bundesliqasinda-qadin-bas-hakim-qol-oturmesi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR