Bu işarələrin sirrini bilirdiniz? - FOTO

Bu işarələrin sirrini bilirdiniz? - FOTO
16:57 24 Dekabr 2016
547 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gündəlik həyatda istifadə etdiyimiz geyim və əşyaların bir çoxunun üzərində nə işə yaradığını bilmədiyimiz nəsnələr var. Biz onların istifadə qaydasını ya səhv bilirik, ya da ümumiyyətlə, nə işə yaradığından xəbərsizik. Rahatlığın vazkeçilməz geyimi olan ketlər, cins şalvarlar və s.- bütün bunların üzərində görüb, diqqət etmədiyimiz hissələrin əsl məqsədinin nə olduğu barədə düşünmüsünüz?

Milli.Az qafqazinfo-ya istinadən bəzi geyim və əşyalarda həmin detalların "sirri"ini bölüşür.

Sadəlik və klassika deyəndə ağla gələn köynəklərin arxasında xırda asılqanın nə işə yaradığını, yəqin ki, çoxumuz bilmirik. Asılqanın məqsədi barədə 3 variant söylənir. Ən əsas və 1-ci köynəyi asmaq üçün olduğudur. İkincisi daha çox şərfə oxşayan qalstukları saxlamaq üçündür.

Üçüncü variant isə bir az romantik, bir az da nağılabənzərdir. Deyilənlərə görə, Amerika universitetlərindən birinin tələbəsi qızla tanışlıqdan sonra bu ilməni kəsməklə "mən məşğulam" demək istəyib. Qız isə öz növbəsində sevgilisinin universitetinin nişanı olan şərfi istifadə etməli imiş.

Yəqin ki, noutbukun və ya fotoaparatın enerji məftilinin üstündə silindrə bənzəyən hissəyə diqqət etmişik. Bu, ferrit filtridir və çox lazımlı xırdalıqdır. O, yüksək tezlikli enerji məqsədi daşıyır.

Diqqətimizdən qaçan, ən maraqlı hissə isə hər gün geyindiyimiz cins şalvarlardakı xırda cibdir. Bu cib şalvarlara ilk dəfə 1873-cü ildə tikilib və cib saatları üçün nəzərdə tutulub. Günümüzdə isə həmin cibə ölçüsünə uyğun istənilən əşyanı qoymaq olar.

Bəs, bizim rahatlıq üçün vaz keçmədiyimiz ketlərin aşağı hissəsindəki deşiklərə diqqət etmisinizmi? Çoxları bunun sadəcə bəzək olduğunu düşünsə də, həmin deşiklər ayaqların havalandırılmasına xidmət edir.

Təzə geyimlərdə blaca parça nümunələrinə çoxumuz rast gəlmişik. Lakin onun nə işə yaradığını dəqiq bilmirik. Bir çoxumuz bunun paltar söküləndə yamaq kimi istifadəyə edildiyini düşünürük. Əslində, isə bu, yuyucu toz və ya ağardıcının paltara necə təsir edəcəyini yoxlamaq üçündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR