x
Loading...

AVF rəsmisi Yüksək Liqa komandalarının baş məşqçiləri ilə görüşüb

AVF rəsmisi Yüksək Liqa komandalarının baş məşqçiləri ilə görüşüb
17:02 24 Dekabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) 1-ci vitse prezidenti, milli komandanın baş məşqçisi Faiq Qarayev Yüksək Liqada çıxış edən kişilərdən ibarət komandaların baş məşqçiləri ilə görüşüb.
Federasiyadan "Report"a verilən məlumata görə, F.Qarayev məşqçilərin problemləri ilə maraqlanıb.
Federasiya rəsmisi Naxçıvan və Sumqayıt komandalarına heyətlərini gücləndirməyi tövsiyə edib: "Bu gün Naxçıvanda komanda idman növlərində yalnız voleybol komandası var. Bu bizi AVF olaraq çox sevindirir. Birinci dövrənin oyunları da Naxçıvanda keçirilib və böyük səs-səda yaradıb. Biz çalışırıq ki, kişilərdən ibarət milli komandamız Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil etsin".
F.Qarayev komandaların hər birinə uğurlar arzu edib və yaxın zamanda daha güclü bir liqanın olacağını bildirib: "Ən önəmlisi isə avrokuboklarda kişi komandalarımızın iştirak etməsinə çalışmalıyıq".
Qeyd edək ki, bu liqada daha yaxşı oyunu ilə seçilən oyunçular milli komandaya cəlb oluncaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/avf-resmisi-yuksek-liqa-komandalarinin-bas-mesqcileri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR