ABŞ-ın 3 neft şirkəti iflasa hazırlaşır

ABŞ-ın 3 neft şirkəti iflasa hazırlaşır
17:05 24 Dekabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın 3 orta neft şirkəti yaxın vaxtlarda iflas üçün müraciət edəcəyini bildirib. "Report"un "Fuelfix" saytına istinadən verdiyi xəbərə görə, bu, neft qiymətlərinin düşməsi səbəbindən şirkətlərin üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır.

Son 2,5 ildə neft qiymətlərinin kəskin azalması səbəbindən ABŞ-da 200-ə yaxın neft şirkəti iflas edib. Bu siyahıya Hyuston ştatında yerləşən "Memorial Production Partners", "Forbes Energy Service" və "Bonanza Creek Energy" şirkətləri də qoşula bilər.
Lakin analitiklər 2017-ci ildən etibarən ABŞ-ın neft sektorunda iflasların yavaşlayacağını proqnozlaşdırırlar. "Fitch" beynəlxalq reytinq agentliyinin analitiki Erik Rozental (Eric Rosenthal) hesab edir ki, neft bazarının çətin günləri artıq geridə qalıb: "Qiymətlər yüksəlməyə başlayır. Keçən illə müqayisədə perspektivlər xeyli dərəcədə yaxşılaşıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR