x
Loading...

Baş nazir: “Türkiyə böyük bir müharibə aparır”

Baş nazir: “Türkiyə böyük bir müharibə aparır”
17:33 24 Dekabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+
.

“Türkiyə həqiqətən böyük bir müharibə aparır”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Dolmabahçedəki ofisində qadın təşəbbüskarlar heyəti ilə görüşündə deyib.

“Türkiyənin cənubunda müharibə var. Suriyada və İraqda müharibə 6 ildən çoxdur davam edir və bu müharibənin qonşusu bizik. Başqa bir ölkə olsaydı, bu şərtlər qarşısında əsla və əsla ayaqda qala bilməzdi”, - deyə baş nazir bildirib.

Türkiyənin 40 ildir terror problemi ilə qarşı-qarşıya olduğunu deyən baş nazir Suriya və İraqdakı hadisələrlə əlaqədar terror probleminin yenidən canlandığını bildirib. Suriya ilə 911 kilometr, İraqla 400 kilometrdən sərhədin olduğunu söyləyən Binəli Yıldırım Türkiyənin çətin bir coğrafiyaya sahib olduğunu vurğulayıb.

Baş nazir İraqla sərhədə fiziki olaraq nəzarət etmə şansının heç olmadığını dilə gətirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR