Oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb

Oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb
17:39 24 Dekabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Dekabrın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Ehtimad Hüseynova məxsus mağazadan 800 manat pul oğurlamaqda şübhəli bilinən şəxs ələ keçib.

 

 

Lent.az Daxili İşlər  Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, oğurluqda şübhəli bilinən paytaxt sakini Ümid Qarayev Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.

 

Bundan başqa, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon sakini Kamran Əmrahova məxsus mağazadan 484 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri - Fərman İsbatov və Elçin Abdullayev də tutulublar. 

 

Bakı şəhər sakini Xaləddin Əliyev isə dekabrın 22-də Sabunçu rayon ərazisində 3 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyi üçün Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb .  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR