x
Loading...

Türkiyənin hakim partiyasının üzvü qətlə yetirilib

Türkiyənin hakim partiyasının üzvü qətlə yetirilib
18:05 24 Dekabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+
.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü qətlə yetirilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qətlə yetirilən şəxs AKP-nin yerli təşkilatlarından birinin sədr müavini Yılmaz Bulutdur.

Bildirilir ki, insident Y. Bulutun qohumu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər arasında yaranan mübahisədən sonra baş verib. Hadisə yerinə gələn Y. Bulut tərəfləri sakitləşdirmək istəyib. Lakin bir qədər sonra Y. Bulutla onun qohumunun olduğu avtomobil güllələnib. Nəticədə 35 yaşlı Y. Bulut hadisə yerindəcə dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR