x
Loading...
.

Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı məlumatlara aydınlıq gətirib

Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı məlumatlara aydınlıq gətirib
18:17 24 Dekabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 24 dekabr. REPORT.AZ/ "Hazırda iş başındayam, səhhətimdə heç bir porblem yoxdur".
Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, səhhəti normaldır və cərrahiyə əməliyyatı olunmayıb: "Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Amma nə yaş əməliyyat olunmaq yaşıdır, nə da hava elə havadır. Mən peşkar idmançıyam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaqdan ötrü dərman içirlər, amma mən pəhriz və idmanla istədiyim qədər arıqlayıram. Eyni zamanda, istəsəm kökələ də bilərəm, amma buna ehtiyac görmürəm".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/siyavus-novruzov-sehhetinde-problemler-olmasi-ile-bagli-melumatlara-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR