Ərdoğan növbəti hədəfi açıqladı: “ABŞ-la ələ-ələ verə bilsək...”

Ərdoğan növbəti hədəfi açıqladı: “ABŞ-la ələ-ələ verə bilsək...”
19:03 24 Dekabr 2016
178 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əl Bab əməliyyatından sonrakı hədəfi açıqlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident əməliyyatların davam edəcəyini deyib.

“İşin Əl Bab hissəsi bitib. Amma sırada Münbiç var. ABŞ-la əl-ələ verə bilsək növbəti hədəf Rakkadır. Türkiyə qlobal bir gücdür. Zülm harada olsa, biz oradayıq. Bizim babalarımız Hindistan yarımadasına getmədimi? Biz güclü dövlət olduğumuz üçün Suriyadayıq. Və olacağıq”, - deyə Ərdoğan bildirib.

Prezident terrorçulardan azad edilmiş bölgədə təhlükəsiz və uçuşa qadağan bölgənin yaradılacağını söyləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR