Azərbaycanda 50 kiloqram narkotik aşkarlandı

Azərbaycanda 50 kiloqram narkotik aşkarlandı
13:51 6 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda külli miqdarda narkotik vasitələr aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat müxtəlif yerlərdə keçirilib.

Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Nağı Həmidovdan 5 kiloqram 100 qram marixuana götürülüb.

Digər əməliyyat Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Səfxanovdan 2 kiloqram 200 qram marixuana götürülüb.

Abşeron rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Salahovdan 5 kiloqram 18,7 qram marixuana götürülüb.

Daha bir irimiqyaslı əməliyyat isə Gəncədə keçirilib. əməliyyat Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən təşkil olunub. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Əliyevdən 13,5 qram marixuana götürülüb. Onun Gəncə şəhərində kirayədə yaşadığı evə baxış zamanı isə 15 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR