Əfqanıstanda "talibançı"ların hücumu zamanı 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb

Əfqanıstanda "talibançı"ların hücumu zamanı 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb
19:47 24 Dekabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Əfqanıstan "talibançı"larının hücumu zamanı 3 polis əməkdaşı həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Farah vilayətinin eyniadlı şəhərində baş verib. Belə ki, "Taliban" radikal qruplaşmasının silahlıları nəzarət buraxılış məntəqəsinə hücum ediblər. Hücum zamanı daha 4 polis əməkdaşı yaralanıb.
Silahlılar məntəqədəki silahları da özləri ilə aparıblar. Agentliyin məlumatına görə, hücum zamanı həmçinin 11 silahlı məhv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-talibanci-larin-hucumu-zamani-3-polis-emekdasi-helak-olub-4-u-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR