x
Loading...
.

Ərdoğan: "Biz bu məsələni Trampla müzakirə edəcəyik"

Ərdoğan: "Biz bu məsələni Trampla müzakirə edəcəyik"
21:17 24 Dekabr 2016
133 Dünya
Ölkə mətbuatı
A- A+
.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.    

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.  
 
"Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik", - deyə Ərdoğan bildirib.
 
"Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə  təhlükə hələdə qalmaqda davam edəcək", - deyə Ərdoğan bildirib.
 
Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR