Filippində kilsədə partlayış olub, 12 yaralı

Filippində kilsədə partlayış olub, 12 yaralı
21:27 24 Dekabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Filippindəki katolik kilsələrindən birində partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə "France Presse" yerli polisə istinadən xəbər verib.
Məlumata görə, hadisə Mindanao adasının Midsayap şəhərində baş verib. Partlayış zamanı bayram mərasiminə qatılmış şəxslərdən 11-i və 1 polis əməkdaşı xəsarət alıb.
"Xəsarət alanların hamısının yarası yüngüldür. Yalnız ayağından ağır xəsarət almış bir qadın istisnadır" – deyə yerli polisin nümayəndəsi Romeo Qalqo bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər partlayıcı qurğudan istifadə etdilər. Partlayışın zərb qüvvəsi polis avtomobilini əzib.
"GMA" agentliyinin məlumatına görə isə, partlayış zamanı 13 nəfər müxtəlif cür xəsarət alıb. Naməlum şəxslər kilsənin qarşısında dayanmış polis avtomobilinə qumbara atıblar.
Polis hadisə ilə bağlı təhqiqat aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippinde-kilsede-partlayis-olub-12-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR