x
Loading...

Şişkinliyi azaldan FAYDALI DƏMLƏMƏ

Şişkinliyi azaldan FAYDALI DƏMLƏMƏ
21:37 24 Dekabr 2016
263 Ölkə
Ölkə mətbuatı
A- A+

Şişkinlik müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Şişkinliyin səbəbləri arasında ürək və böyrək xəstəlikləri, hormonal pozulmalar, varikoz xəstəliyi və s.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bəzən sağlam insanlarda da uzun müddət ərzində ayaq üstə qaldıqdan və ya çoxlu maye qəbul etdikdən sonra şişkinlik əmələ gələ bilər.

Şişkinlik sizi tez-tez narahat edirsə vaxt itirmədən həkimə müraciət edin və lazım olan müayinələrdən keçin.

Sizə şişkinliyi azaldan faydalı təbii dəmləmənin reseptini təqdim edirik.

Axşamdan termosda 100 qr ərik qurusunu 1 stəkan qaynar suda dəmləyin. Növbəti gün dəmləməni gün ərzində 2 dəfə yarım stəkan olmaqla için və meyvələrini yeyin.

Kaliumla zəngin olan bu dəmləmə orqanizmdən şişkinliyə səbəb olan artıq mayeni çıxartmağa kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/501766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR