Türkiyədə PKK-ya qarşı xüsusi əməliyyatda 16 nəfər saxlanılıb

Türkiyədə PKK-ya qarşı xüsusi əməliyyatda 16 nəfər saxlanılıb
00:12 25 Dekabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyədə PK terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
"Report" xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat Mersin vilayətində keçirilib. Əməliyyat zamanı HDP-nin Mersin vilayəti üzrə rəhbəri Sadun Doğan və Akdeniz bələdiyyəsinin rəhbərliyində təmsil olunan şəxslərdən biri Yüksəl Mtlu saxlanılıb.
Xəbərdə bildirilir ki, həmin şəxslərlə birlikdə 16 nəfər saxlanılıb. Bununla da saxlanılanlarn sayı 61 nəfərə çatıb. 
Akdeniz Bələdiyyəsinin sədri Fazil Türk də daxil olmaqla 27 nəfərin isə axtarışı davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-pkk-ya-qarsi-xususi-emeliyyatda-16-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR