İlham Əliyev təyyarə qəzası ilə bağlı Rusiya prezidentinə başsağlığı verib

İlham Əliyev təyyarə qəzası ilə bağlı Rusiya prezidentinə başsağlığı verib
17:17 25 Dekabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Rusiyada 93 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
"Report" xəbər verir ki, prezident xəbərdən sarsıldığını bildirib.
"Çoxsaylı insan tələfatı ilə nəticələnmiş "Tu-154" təyyarəsinin qəzası haqqında xəbər məni sarsıtdı. Azərbaycanın xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə dövlət başçısının başsağlığı məktubunda qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-lham-eliyev-teyyare-qezasi-ile-bagli-rusiya-prezidentine-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR