Azərbaycanlı "qanuni oğru"nu Türkiyədə vəhşicəsinə döydülər - FOTO

Azərbaycanlı "qanuni oğru"nu Türkiyədə vəhşicəsinə döydülər - FOTO
17:18 25 Dekabr 2016
857 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı "qanuni oğru" Rafiq Eyvazov Türkiyədə döyülüb.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan "razborka"dır.

Qeyd edək ki, R.Eyvazov kriminal aləmdə "Masallı Rafiq" kimi tanınır. O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş "qanuni oğru" Məmməd Hüseynovun ("Masallı Mamed") uzaq qohumudur.

2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın "Praym kraym" nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun "taclandırılması" müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov "qanuni oğru" adı aldıqdan sonra həbsxanaya girməli, burada isə "Lotu Quli" ləqəbli Nadir Səlifova "problem yaratmalı" imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, "zon"da "qanuni oğru"nun "Quli"nin deyil, onun olduğu sübuta yetirilsin.

2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailəşməyib. Amma göründüyü kimi, R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.

Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkir. Bu ilin avqustunda Rövşən Canıyev ("Rövşən Lənkəranski") Türkiyədə qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal "razborka" daha da qızışıb. "Lənkəranski" nin Türkiyədəki obyektləri uğrunda da ciddi mübarizə gedir.
"Quli" tərəfdarları, hələ ki, "Lənkəranski"nin burada nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, "Quli"nin qardaşı - "qanuni oğru" Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. "Lənkəranski"nin qətli günü yanında olan "qanuni oğru" "Hacı Beyləqanski" kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb.

Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və "Lənkəranski"nin obyektlərinə nəzarət etmək istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərindən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir...



Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/181255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR