"Qaraçı qız" dünya rekordu qırdı - fotolar+video

"Qaraçı qız" dünya rekordu qırdı - fotolar+video
17:31 25 Dekabr 2016
150 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə paxlavadan istifadə edilərək hazırlanan qız portreti mozaikası ilə dünya rekordu qırılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 39,5 kvadratmetrlik ərazidə hazırlanan mozaika üçün 708 kq paxlavadan istifadə olunub.

Qaziantep bələdiyyə sədri Fatma Şahinin rəhbərliyi ilə ticarət mərkəzlərindən birində həyata keçirilmiş rekord təşəbbüsündə 100 uşaq və mozaika sənətkarları iştirak edib.

Beynəlxalq Mozaika Sənətkarları dərnəyinin sədri Mehmet Yılmaz "Qaraçı qız" adlı mozaika paxlavanın 6 aylıq hazırlıq mərhələsindən sonra əmələ gətirildiyini və 5 günə quraşdırıldığını bildirib.

Qaziantep Plastik Sənətlər dərnəyinin sədri Mustafa Sancar isə "Qaraçı qız"ın və paxlavanın Qaziantepin simvolu olduğunu vurğulayıb.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR