x
Loading...
.

"O kluba keçməməliydim" - Emin Mahmudov

"O kluba keçməməliydim" -   Emin Mahmudov
17:37 25 Dekabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+
.

Milli komandamızın üzvü Emin Mahmudov Moskva “Spartak”ına keçməklə səhv etdiyini etiraf edib. Fanat.Az xəbər verir ki, bu barədə o, “Sovetski sport”a müsahibəsində bildirib. 


Mahmudov bildirib ki, "Spartak"a 18 yaşında keçməsi ona çətinlik yaradıb:"Əvvəl hər şey çətin idi. Sonra isə oynamadığım üçün səbrim tükənirdi. Ona görə də icarə qaydasında “Tom”a keçdim. Amma bu, lazım deyildi. Bu, geriyə atılmış addım idi. “Spartak”a erkən yaşda keçdiyim üçün günahkar özüməm. Lakin bu qərarı verdiyimə görə peşman da deyiləm. Çünki hamı elə bir klubda oynamaq istəyər”.


Qeyd edək ki, Emin Mahmudov 2011-2014-cü illərdə "Spartak"a məxsus olub. O, 2012-ci ildə "Tom"a, 2013-də "Krılya Sovetov"a icarəyə verilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quoto-kluba-kecmmliydimquot-t55157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR