Netanyahu Obamanı günahlandırdı

Netanyahu Obamanı günahlandırdı
18:03 25 Dekabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, B.Netanyahu Barak Obama administrasiyasının, əslində, bu qətnamənin təşəbbüskarı olduğunu və BMT Təhlükəsizlik Şurasında qəbuluna nail olduğunu bildirib.

Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. B.Netanyahu deyib ki, İsrail hakimiyyətinin xahişinə baxmayaraq, amerikalılar BMT Təhlükəsizlik Şurasında veto hüquqlarından istifadə etməyib: "On illər ərzində amerikalılarla İsrail hökumətləri arasında məskunlaşma siyasəti ilə bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələni həlli yeri deyil. Biz bilirik ki, bu orqanın müraciəti yalnız danışıqlar prosesini mürəkkəbləşdirir və bizi sülh əldə etməkdən uzaqlaşdırır".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR