Əsəd də Putinə başsağlığı verdi

Əsəd də Putinə başsağlığı verdi
18:42 25 Dekabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd Rusiyada baş verən təyyarə qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Əsəd Putinə göndərdiyi teleqramda hadisəyə görə çox kədərləndiyini, ona və qurbanların ailələrinə başsağlığı verdiyini, terrorçuluğa qarşı mübarizəyə hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi bu gün havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində 83 sərnişin və 8 ekipaj üzvünün olduğu deyilir.

Soçidən qalxan təyyarənin Suriyanın Latakiya bölgəsinə uçduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR