Almaniyada ingilis bombası: 54 min nəfər təxliyə edildi

Almaniyada ingilis bombası: 54 min nəfər təxliyə edildi
18:47 25 Dekabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından etibarən Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərində təxminən 54 min insanın təxliyəsinə başlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, buna səbəb şəhərdə İkinci Dünya müharibəsi zamanından qalan, Britaniya ordusuna məxsus bombanın tapılmasıdır. Təxliyə işlərinə 900-dək polis işçisi cəlb edilib.

Dekabrın 20-də aşkarlanan və 1,8 ton çəkiyə malik bombanın zərərsizləşdirilməsinə bu gün günorta saatlarında başlanılacaq. Hakimiyyət orqanları bombanın tapıldığı ərazidə 1500 diametrlik sahədə mühafizə zonası yaradıblar. Bombanın zərərsizləşdirilməsi prosesi təxminən 5 saata yaxın davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR