Lütfi Zadə prezident İlham Əliyevə məktub göndərdi

Lütfi Zadə prezident İlham Əliyevə məktub göndərdi
18:57 25 Dekabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadədən prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Əziz Prezident İlham Əliyev.

Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. "Eurovision" mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.

Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR