x
Loading...
.

"Real"ın alman futbolçusu Toni Kroos "Yuventus"a keçə bilər

"Real"ın alman futbolçusu Toni Kroos "Yuventus"a keçə bilər
19:22 25 Dekabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 25 dekabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun (Madrid) futbolçusu Toni Kros İtaliyanın "Yuventus" komandasına (Turin) keçə bilər.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Turin klubu 26 yaşlı alman yarımmüdafiəçiyə görə artıq bu qış transfer pəncərəsində 60 milyon avro ödəməyə hazırdır. Əgər sövdələşmə baş tutmazsa, ehtiyat olaraq Fransa PSJ-sindən Marko Verratti və İspaniya "Barselona"sından İvan Rakitiç variantları mövcuddur.
Toni Kroos cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 20 matç keçirib, 1 dəfə fərqlənib və 11 qol ötürməsi verib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-in-alman-futbolcusu-toni-kroos-yuventus-a-kece-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR