23 yaşlı qız hamamda zəhərləndi

23 yaşlı qız hamamda zəhərləndi
19:42 25 Dekabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba sakini dəm qazından zəhərlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Quba rayonu Mirzəməmməd kənd sakini, 1993-cü il təvəllüdlü Xasməmmədova Aygün Rauf qızı dəm qazından zəhərlənmə əlaməti ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, A. Xasməmmədova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

O, yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/501988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR