"Digər həmkarlarımdan fərqli olaraq, mən... "

"Digər həmkarlarımdan fərqli olaraq, mən... "
13:57 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Gülay Zeynallı özünü sosial şəbəkə istifadəçisi olan digər həmkarları ilə müqayisə edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarlarından fərqli olaraq, daha səmimi olduğunu və çox sevildiyini deyib:
 
“Çoxları İnstagram-da foto paylaşanda insanların mənfi rəylər yazmasından şikayətlənir. Digər həmkarlarımdan fərqli olaraq mən heç vaxt bu cür hallarla rastlaşmamışam. Məni tanıyanlar da bunu təsdiqləyərlər. Düşünürəm ki, insanlarla daha səmimiyəm. Rəylərin əksəriyyətinə cavab yazıram. Birdən elə olur ki, otururam bütün fikirlərə münasibət bildirirəm. Hərdən də vaxt tapmıram. Profilim bağlıdır, qəbul etdiklərimin əksəriyyəti isə xanımlardır. Xanımlardan belə gözəl sözlər eşitmək hər qadına nəsib olmur. Bu tərifləri təkcə sosial şəbəkədə yox, getdiyim məclislərdə, şənliklərdə də eşidirəm. Mənə qarşı müsbət fikirlər səsləndirirlər. Çünki mən düzgün geyinirəm, normal davranıram, səmimiyəm.

Facebook-da adıma çoxlu saxta profillər açılıb. Heç birinə önəm vermirəm. Çünki o saxta profilləri izləyənlər az keçmir başa düşürlər ki, o, mən deyiləm”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR