Baş Prokurorluğun idarə rəisi işdən ayrıldı

Baş Prokurorluğun idarə rəisi işdən ayrıldı
14:05 6 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

Baş Prokurorluğun idarə rəisi təqaüdə çıxıb
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

E.Sultanov onu da bildirib ki, 40 ilə yaxın prokurorluq orqanlarında qüsursuz xidmət göstərən B. Mahmudov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub və dəfələrlə Baş Prokurorluğun rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, B.Mahmudov Keçmiş “Kommunist” qəzetinin baş redaktoru, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, həmçinin Azərbaycan Jurnalistlər İttifaqının sədri, SSSR Jurnalistlər İttifaqının katibi olmuş Rəşid Mahmudovun oğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR