İki erməni əsgəri öldü

İki erməni əsgəri öldü
14:11 6 Yanvar 2015
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal edilmiş torpaqlarında daha iki erməni hərbçi ölüb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ölən hərbi qulluqçular erməni ordusunda muzdlu xidmət keçən hərbçilər olub. Onlardan biri Karen Qriqoryan, digəri isə Vardan Mkrtçyandır.

Qeyd edək ki, bir qədər əvvəl erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” öldürülməsi barədə məlumatlar yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi ANS PRESS vasitəsilə dərhal bu xəbərə reaksiya vermişdi.

Müdafiə Nazirliyi ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, erməni mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” öldürülməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan məlumata görə, guya Azərbaycan tərəfi yanvarın 5-dən 6-na keçən gecə atəşkəs rejimini 320 dəfə puzub. Erməni tərəfinin iddiasına görə, Azərbaycan Ordusu müxtəlif kalibrli silahlardan, həmçinin 60mm və 82mm və RPQ-7 tipli minaatanlardan erməni mövqelərinə 4500-dən çox atəş açıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR