Müğənni Səidə Sultan “Hər şey daxil” verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Elnarə Xəlilovadan danışıb. O, aparıcının “Elnarə xanım deyir ki, sizi tanımır” sözlərinə belə cavab verib:
“Yalansa, onun gözü çıxsın. Guya ulduzdur, məni tanımır. Hələ ki, onun ulduzluq imzası yoxdur. Elnarə bütün günü mənlə qeybət edirdi. Niyə yadından çıxmışam? Bizdə şou-biznesdə bu sözü demək dəbdir. Amma təzə çıxan ifaçını belə mütləq tanıyırıq. Eyni sahənin adamlarıyıq, tanımamaq mümkün deyil”.
Xatırladaq ki, E.Xəlilova S.Sultanla bağlı bu açıqlamaları vermişdi:
“Elə bir həmkarımı tanımıram. Mən onunla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq, hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O gərək mənim statusumda olsun ki, həmkarım hesab edilsin. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natavan Həbibi, İradə İbrahimova və Samira Allahverdidir”.
Milli.Az