Azərbaycanlı iş adamları İranda keçiriləcək mebel sərgisinə dəvət olunur

14:22 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 14:20 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İranda IV Beynəlxalq ofis mebeli sərgisi təşkil olunacaq.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi yanvarın 14-17-də baş tutacaq.

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgi iştirakçılarına müvafiq maddi güzəştlər təklif olunur.

 

Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR