Avtomobillərin texniki baxışında yeniliklər - VİDEO

Avtomobillərin texniki baxışında yeniliklər - VİDEO
14:27 6 Yanvar 2015
125 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ildən başlayaraq sürücülər nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız baxışa görə dövlət rüsumu ödəyəcəklər.

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz Regional Şöbəsindən verilən məlumata görə, nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş ediləcək.

Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular, o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular üçün isə 10 manat nəzərdə tutulur.

Avtomobillərin texniki baxışın dövrülüyü isə əvvəlki kimi qalır. Minik avtomobilləri, maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilləri və motosikletlər istehsal ilindən sonrakı 5, 7, 9, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR