Ev partladı, qadın yaralandı

Ev partladı, qadın yaralandı
14:31 6 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Astara rayonunda yaşayış evlərinin birində güclü partlayış baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Məscid-məhəllə adlanan yaşayış yerində qeydə alınıb.

1972-ci il təvəllüdlü Elçin Əzimova məxsus 2 mərtəbəli ev partlayıb. Hadisə nəticəsində evin bir hissəsi dağılıb.

Partlayış nəticəsində ev sahibinin həyat yoldaşı ağır yaralanıb. Onu üçüncü dərəcəli yanıq xəsarətlərilə Bakıya yola salıblar.

Araşdırmalar zamanı partayışın qaz sızmasında baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR