Saxlanılan şəxs: "Oğurladığımız arağı parkda içdik"

Saxlanılan şəxs: "Oğurladığımız arağı parkda içdik"
14:49 6 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi həbs ediblər. Əvvəllər qrup şəklində oğurluq etdiyinə görə məhkum olunan 1983-cü il təvəllüdlü Seymur Məmmədov bu dəfə Nizami rayonu ərazisində marketdən içki oğurlamaqda təqsirli bilinir.

 

O, şüşəni sındırmaq yolu ilə müxtəlif spirtli içki və siqaret oğurlayıb. Mağaza sahibinə 2220 manat ziyan vurub.

 

Saxlanılan şəxs deyib ki, gecə saatlarında kafedən çıxdıqdan sonra daşla marketin şüşəsini sındırıb və oğurluq edib.

 

İstintaqçılar hesab edirlər ki, bu, onun birinci əməli deyil. Onun analoji cinayətlərdə iştirakı istisna olunmur. İçki düşkünü olan saxlanılan şəxs araqlardan birini dərhal içib: "Uşaqla getdik parka, orda birini içdik. Turşu götürmüşdük kafedən".

 

S.Məmmədov Ağdaş rayonunda yaxalanıb. Faktla bağlı araşdırmalar davam edir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR