Gəncədə iki yol qəzası baş verib, yaralılar var

14:52 6 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 14:49 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin Atatürk prospektində qeydə alınıb.

 

“VAZ-2107”, “VAZ-2106” və “Tofaş” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər - Samux rayon sakini, 1961-ci il təvəllüdlü İdris Əliyev və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Larisa Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Digər hadisə isə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. “Mercedes” markalı avtomobillə “Hyunday” markalı avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

 

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR