Aptekə bənzəyən meyvə (FOTO)

Aptekə bənzəyən meyvə (FOTO)
14:56 6 Yanvar 2015
340 Sosial
Ölkə mətbuatı
A- A+

Heyva bu fəslin ən dadlı, ən faydalı meyvələrindən biridir. Faydalarına görə aptekə bənzədilən meyvənin tərkibində A,B2 və C vitaminləri, minerallar, protein, şəkər, asitlər, dəmir, mis, kalium və daha necə necə faydalı maddələr var. Bu meyvədən səhiyyə, kosmetika, dərman kimi sektorlarda faydalanılır.

Heyva uşaq yaşlarından mütləq istifadəe dilməlidir. Çünki heyva sinir sisteminin inkişafında əvəzsiz rola malikdir. Mədə və bağırsağı mikroblardan qoruyur, həmz problemlərini aradan qaldırır.

Əgər dəriniz qurudursa, dırnaqlarınız keyfiyyətli deyilsə heyva bu dərdinizə də çarə olacaq.

Tərkibindəki vitamin və minerallar sayəsində ürək-damar xəstəlikləri, varikoz genişlənməsinin qarşısını alır. Cinsi gücü artırır.

Mədə və bağırsağı gücləndirir, qanı təmizləyir, ürək döyüntülərinə faydalıdır.

Heyva həm də qandakı xolestrolu azaldaraq damar sərtliyindən mühafizə edir.

Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, xronik öskürək, tənəffüs sistemi xəstəlikləri, bronxitə faydalıdır.

Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stres, depressiya zamanı, xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.

Heyvanın çiçəyi, toxumlarından belə müalicə məqsədilə istifadə etmək mümkündür. Belə ki, qaynadılan heyva çiçəyi ana südünü artırır, ürəyi gücləndirir, baş ağrısını kəsir. Qaynadılan qabıqları isə sidik kanalı iltihabını təmizləyir. Heyvanın özü və ya yarpağını qaynadıb içəndə isə ağızdakı yara, boğazdakı şişliklər müalicə edilir.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=317942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR