Tanınmış amerikalı jurnalist ABŞ hakimiyyətini təqsirləndirir

Tanınmış amerikalı jurnalist ABŞ hakimiyyətini təqsirləndirir
14:57 6 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın CBS telekanalının sabiq aparıcısı Şeril Attkisson ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, jurnalist nazirliyi kompüterinə haker hücumları təşkil etməkdə günahlandırır.

Teleparıcı 3 müstəqil ekspertizaya əsaslanaraq iddia edir ki, hakerlər 2011-2013-cü illərdə onun işini gizlicə izləyiblər.
Jurnalistin sözlərinə əsasən, bu hücumların Ədliyyə Nazirliyi ilə birbaşa əlaqəsinin olduğunu göstərən sübutlar var.
Gizli izləmələr zamanı Ş.Attkisson Obama administrasiyasının fəaliyyəti ilə bağlı materiallar üzərində işləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR