Uruqvaydan bizə sayğısızlıq

Uruqvaydan bizə sayğısızlıq
15:06 6 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Uruqvayın xarici işlər naziri Luis Almaqro növbəti dəfə beynəlxalq həyasızlıq edib. O, dünya ictimaiyyəti guya öz müqəddəratını təyin edən qondarma Dağlıq Qarabağ Respublikasını tanımağa çağırıb.

ANS PRESS-in məlumatına görə, ermənipərəst nazir "Daşnaksutyun"un (erməni inqilabçıları federasiyası) "Ay Data" (erməni məsələsi) bürosunun üzvləri ilə görüşdə sərsəm açıqlamalar verməklə "rəğbət" qazanmağa çalışıb.

Görüşdə Cənubi Qafqazda vəziyyət, Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması zamanı baş verən hadisələr və digər məsələlər müzakirə olunub.

Nazir hətta Azərbaycanı davranışına görə ittiham edib, Ermənistanın ərazi bütövlüyünü (Qars, Ərdahan və Naxçıvan daxil olmaqla) 1918-20-ci il sərhədləri əsasında tanıdığını söyləyib.

Xatırlatmaq yerinə düşər ki, Uruqvayın xarici işlər naziri hələ 2011-ci ildə də öz postunda qalmaq üçün "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə etdiklərini demişdi.

Təbii ki, bu ölkədə erməni diasporasının mövcudluğunu nəzərə alsaq, bu şəxsin belə açıqlamalar verməsini başa düşmək çətin olmaz. O, vəzifədə qalmaq və daha da qabağa getmək üçün ermənilərin nüfuzundan istifadə etmək üçün dəridən-qabıqdan çıxır. Onun XX əsrin ikinci onilliyi ilə bağlı dediyi sərsəm fikir isə, aydındır ki, şəxsiyyətinə və vəzifəsinə hörmət etməyən Luis Almaqroya məxsus deyil. Bu, erməni daşnaqklarının "Böyük Ermənistan" xülyasından doğan və baş tutmayan arzusudur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR