Bakıda oğurluq edən şəxsə hökm oxundu

Bakıda oğurluq edən şəxsə hökm oxundu
15:14 6 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Nərimanov rayon Məhkəməsində oğurluqda təqsirli bilinən Astara rayon sakini Ramin Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramin Axundov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramin Axundov Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Məlum olub ki, Ramin Axundov 2014-cü ilin yanvarın 24-də paytaxtın M.Arif küçəsində kirayədə yaşadığı evdə otaq yoldaşı, Qazax rayon sakini Gündüz Qarayevin 150 manatını və fotoaparatını oğurlayıb. O, aprelin 26-da Bakı şəhər sakini Əkrəm Məmmədovun etibarından sui-istifadə edərək ondan 8650 manat alıb.

Həmçinin müəyyən edilib ki, Ramin Axundov 2013-cü ilin l iyulun 20-dən Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub.

 

 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR