Həmkəndlilər arasında yaranan mübahisə ölümlə nəticələndi

Həmkəndlilər arasında yaranan mübahisə ölümlə nəticələndi
15:17 6 Yanvar 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə bıçaqlanma hadisəsi baş verib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, rayonun Yalavac kəndi ərazisində ötən gün axşam həmkəndlilər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Kənd sakini, 28 yaşlı Emin Kamil oğlu Usubov çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Aparılan əmliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı Atdıxan Əbil oğlu Zeynalov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR