Boksçunun dodaq uçuqladan gəliri (FOTO)

Boksçunun dodaq uçuqladan gəliri (FOTO)
15:21 6 Yanvar 2015
286 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalı boksçu Floyd Mayvezer dodaq uçuqladan sərvəti ilə poz verib.

ANS PRESS-in məlumatına görə, karyerasında məğlubiyyət üzü görməyən boksçu, təxminən 6,5 milyon avroluq avtomobilləri və xüsusi təyyarəsi ilə şəkil çəkdirib.

Ötən il "Forbes"in hesabatına görə, təxminən 85 milyon avroluq gəliri ilə ən çox qazanan idmançı olan Floyd var-dövlətini bu foto ilə nümayiş etdirib. Sosial şəbəkədən yayımladığı fotoya "Dünyama xoş gəlmisiniz. Kim gəlmək və oynamaq istər" deyə yazıb.

Boksçunun avtomobilləri arasında "Ferrari", "Porsche", "Lamborghini", "Bugatti" kimi markalar var. Floydun avtomobil kolleksiyasında ən bahalısı "Bugatti Veyron"dur. Saatda 267 kilometr sürət yığa bilən "Bugatti"nin qiyməti təxminən 2 milyon avrodur.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR