Bakının böyük hissəsində su problemi

Bakının böyük hissəsində su problemi
15:26 6 Yanvar 2015
133 Sosial
Ölkə mətbuatı
A- A+

Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

ANS PRESS-in “Azərsu” ASC-yə istinadla verdiyi məlumata görə, 07 yanvar 2015-ci il tarixində gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məhdudiyyət Olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR