Bakıda təkrar dələduzluq edən şəxsə AĞIR CƏZA

Bakıda təkrar dələduzluq edən şəxsə AĞIR CƏZA
15:29 6 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Nərimanov rayon Məhkəməsində dələduzluqda təqsirli bilinən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Seymur Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Seymur Əhmədov Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR