Əlyazmalar İnstitutu Azərbaycan şairi Sürurinin Divanını əldə edib

15:37 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 15:36 ]


Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Sürurinin şeirlər toplusu-Divanının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazmalarının surətlərini əldə edib.

 

İnstitutdan APA-ya verilən məlumata görə, son dövrlərə qədər bu görkəmli hürufi şairinin Divanı əldə olmayıb. 2013-cü ildə tədqiqatçı Sürurinin Vatikanın Apostol kitabxanasında saxlanan 931 beyt həcmində ana dilli divanı barədə ətraflı məlumat verilib. Şairin surəti yeni əldə edilmiş, Süleymaniyyə kitabxanasında saxlanan divanı 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, 3 mürəbbe daxildir. Manisa nüsxəsi məcmuədir, buraya Sürurinin Azərbaycan dilindəki şeirləri ilə bərabər, Nəsiminin və Nur Seyid Əli adlı şairin farsca şeirləri daxil edilib. Katib qeydindən 25 vərəqə köçürülmüş əsərin 1570-ci ildə köçürüldüyü məlum olur. Sürurinin surətləri yeni əldə edilmiş divanlarında onun bir çox naməlum əsərləri, o cümlədən, Şah  İsmayıl Xətaiyə həsr edilmiş mürəbbesi var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR