Təhsil naziri Mikayıl Cabbarov Kürdəmirdə vətəndaşları qəbul edəcək

15:37 6 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 15:33 ]


Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov yanvarın 12-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 6, 7, 8 və 9 yanvar 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR