Cəlilabadda mağaza qarət olunub

15:52 6 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 15:51 ]


Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Qarazəncir kəndində Niyaz Məmmədağa oğlu Bayramova məxsus ərzaq mağazasında qeydə alınıb.  Naməlum şəxs və ya şəxslər ticarət obyektinin qapısının şüşəsini sındırmaqla içəri daxil olublar. Oğrular kassadan nağd pul, müxtəlif növ siqaret  və ərzaq məhsulları  aparmaqla mağaza sahibinə ümumilikdə 1000 manatadək ziyan vurublar.

 

Mağaza sahibinin müraciətindən sonra polis  hadisə yerinə gələrək baxış keçirib.

 

Hazırda Cəlilabad Rayon Polis Şöbəsində oğurluq faktını törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR