Brent markalı neftin qiyməti 52 dollardan aşağı enib

15:52 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 15:48 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə 15:30 üçün olan məlumata görə) 1 barelə görə 48,85 dollar təşkil edib.

 

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 51,82 dollara enib.

 

“Bloomberg” agentliyinin məlumatına görə, “qara qızıl”ın kəskin ucuzlaşmasına əsas səbəb Səudiyyə Ərəbistanının istehsal etdiyi “Arab Light” markalı neftinin tədarük qiymətinin artırılmasıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR